Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin informasiya texnologiyaları, mühəndislik və elm istiqamətləri üzrə olan SABAH qrupları proqramlarının tədrisinin 2026-cı ildən Yüksək Texnologiyalar Parkının ərazisində yeni qurulacaq “SABAH.city” şəhərciyində keçirilməsi nəzərdə tutulur.
TƏHSİL.BİZ xəbər verir ki, bu məsələ bu gün Yüksək Texnologiyalar Parkı və ali təhsil müəssisələri arasında "SABAH.city" layihəsi çərçivəsində əməkdaşlığın qurulmasına dair anlaşma sazişində əksini tapıb.
Qeyd edək ki, bakalavr və magistrləri əhatə edəcək bu təşəbbüs tədqiqat və innovasiya yönümlü akademik mühitin inkişafı, iştirakçı universitetlərdə qabaqcıl akademik ekosistemin yaradılması və tələbələri daim yenilənən əmək bazarına hazırlamaq üçün innovativ təhsil modellərini tətbiqini hədəfləyir.