Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı, Təhsilin İnkişafı Fondunun və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə "GreenTech II" Startap və Yaşıl Texnologiyalar" müsabiqəsinə start verilir.
TƏHSİL.BİZ xəbər verir ki, müsabiqə Azərbaycan Texnologiya Universitetinin 55 illiyi çərçivəsində təşkil olunur.
Yarışın final mərhələsi 17 aprel 2025-ci il tarixində Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetində baş tutacaq.
Tələbələr qeydiyyat, eləcə də müsabiqənin kateqoriyaları ilə bağlı ətraflı məlumat əldə etmək üçün QR kod və ya atu.edu.az/greentech linkindən istifadə edə bilərlər.
Qeydiyyat 17.02.2025-ci tarixindən başlayacaq və 07.04.2025-ci il tarixinədək davam edəcək.
Bütün ali təhsil müəssisələrinin tələbələrini müsabiqədə iştirak etməyə dəvətlidir.
Qeyd edək ki, tələbələr üçün Bakıdan Gəncəyə və əks istiqamətə transfer təşkil olunacaq.