Logo

Keçən il BDU-nun Tarix fakültəsinin ixtisaslarına keçid balları artıb

14.02.2025 16:31 531 baxış
IMG

2024-2025-ci tədris ilində Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində bakalavriat səviyyəsinə 486 tələbə qəbul edilib, qəbul planı 93 faiz dolub.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, qəbul olunan tələbələrdən 4-ü 600-dən yüksək bal toplayıb. Bu tələbələr tarix və tarix müəllimliyi ixtisaslarına qəbul olunublar. Son üç ildə tarix, tarix müəllimliyi, regionşünaslıq ixtisaslarında keçid ballarında artım müşahidə edilib.

Fakültədə 18 professor, 50 dosent, 39 müəllim və baş müəllim olmaqla ümumilikdə 142 əməkdaş fəaliyyət göstərir. Onlardan 21-i tarix üzrə elmlər doktoru, 77-si isə tarix üzrə fəlsəfə doktorudur.

2024-cü ildə fakültə tərəfindən 16 dərslik, 24 proqram, 11 monoqrafiya nəşr olunub, 200 elmi məqalə (156-sı respublika daxilində, 44-ü isə xarici jurnallarda, o cümlədən 6-sı “Web of Science” və “Scopus” bazasında) çap edilib. Tarix fakültəsi ötən il 5 elmi konfrans təşkil edib, onlardan 2-si beynəlxalq, 3-ü isə respublika səviyyəli olub.

Xəbər lenti