Logo

ADPU-da şagirdlərə kitablar hədiyyə edilib

14.02.2025 17:01 117 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzində 14 Fevral - Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə tədbir keçirilib. 

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, Bakı şəhəri general-leytenant K.A.Kərimov adına 8 nömrəli tam orta məktəbin direktoru Aytən Baxşəliyeva, məktəbin müəllim kollektivi və şagirləri iştirak ediblər.

ADPU-nun rektoru professor Cəfər Cəfərov qonaqları salamlayaraq Beynəlxalq Kitab Bağışlama Gününün tarixi və mahiyyətilə bağlı məlumat verib və kitabın bilik mənbəyi kimi insan həyatında mühüm rol oynadığını vurğulayıb. Bu cür təşəbbüslərin cəmiyyətin maariflənməsinə və kitab oxuma mədəniyyətinin genişlənməsinə töhfə verdiyini qeyd edən rektor, xüsusilə müasir texnologiyalar dövründə belə təşviqedici tədbirlərin xüsusi önəm kəsb etdiyini qeyd edib.

ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinin direktoru Zinharə Həsənova qonaqlara Pedaqoji Universitet və universitetin kitabxanasının tarixi haqqında məlumat verib. ADPU-nun kitabxana fondunda saxlanılan  nadir kitablardan söz açan Z.Həsənova zəngin irsə malik ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinin həm fond ehtiyatına görə, həm də nadir nüsxələrin zənginliyi baxımından fərqləndiyini bildirib.

Elm və innovasiyalar üzrə prorektor prof. Asəf Zamanov çıxışında dünya üzrə kitab oxuma statistikalarına toxunaraq, inkişaf etmiş ölkələrdə mütaliəyə xüsusi önəm verildiyini bildirib, kitab oxuma səviyyəsinin cəmiyyətin intellektual potensialını artırdığını və elmi-texniki inkişafın əsas təməllərindən biri olduğunu vurğulayıb. Asəf Zamanov Azərbaycanda kitab oxuma vərdişlərinin artırılması üçün məktəblərdə və universitetlərdə müxtəlif təşviqedici layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib.

Bakı şəhəri general-leytenant K.A.Kərimov adına 8 nömrəli tam orta məktəbin direktoru Aytən Baxşəliyeva əhəmiyyətli görüşün təşkili ilə bağlı ADPU rəhbərliyinə təşəkkür edərək bu kimi əməkdaşlıqların davamlı olacağına ümid etdiyini bildirib. A. Baxşəliyeva rektor prof. Cəfər Cəfərova məktəb adından kitab hədiyyəsini təqdim edib.

Tədbirin davamında şagirdlərin hazırladıqları şeir kompozisiyası təqdim edilib. Kitabxana-İnformasiya Mərkəzi tərəfindən şagirdlərə kitablar hədiyyə edilib.

Xəbər lenti