Logo

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə” layihəsinə başlanılıb

15.02.2025 17:07 45 baxış
IMG

Elm və Təhsil Nazirliyi və “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə” layihəsi çərçivəsində mətbuat konfransı keçirilib.

Tehsil.biz xəbər verir ki, İctimai Birliyin sədri, layihənin rəhbəri Xətai Ələsgərli layihənin məqsədi, Qərbi Azərbaycan həqiqətlərinin gənc nəslə çatdırılması və esse müsabiqəsinin əhəmiyyəti barədə məlumat verib.

Qeyd olunub ki, Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Dədə Ələsgər Ocağı” İctimai Birliyi “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində “Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə” layihəsinin icrasına başlanılıb.

Layihə səkkiz ay müddətində tam orta məktəblərin 10 və 11-ci sinif şagirdləri, peşə və kollec tələbələrini əhatə edir. Şagirdlər arasında Qərbi Azərbaycan tarixi ilə bağlı bilikləri və özünüifadə bacarıqlarını dəyərləndirmək məqsədilə inşa müsabiqəsi keçiriləcək.

Müsabiqənin nəticələrinə əsasən, seçilən I, II və III yerin qaliblərinin inşaları toplanaraq xüsusi kitab şəklində nəşr ediləcək.

Müsabiqəyə esselər iyunun 20-dək “Tariximizin işığında-Qərbi Azərbaycanın izi ilə” başlığı altında [email protected] ünvanına e-poçt vasitəsilə göndərilməlidir.

Tədbirdə çıxış edən layihənin eksperti Taleh Əliyev, münsiflər heyətinin sədri Güllü Eldar Tomarlı, AMEA Folklor İnstitutunun aparıcı elmı işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova, layihə köməkçisi Vüsal Əmirov çıxış ediblər. Qeyd edilib ki, bu layihə gənclərin Qərbi Azərbaycan tarixi haqqında məlumatlılığını artırmaqla yanaşı, onların yaradıcı və analitik bacarıqlarını inkişaf etdirməyə xidmət edir.

Xəbər lenti