Logo

Beynəlxalq reytinq təşkilatı BDU-nun fəaliyyətini mükəmməl qiymətləndirib

17.02.2025 09:48 153 baxış
IMG

“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq təşkilatı tərəfindən Azərbaycan ali təhsil müəssisələri üzrə “QS Stars” reytinq qiymətləndirməsinin ilk nəticələri elan olunub.

TƏHSİL.BİZ  xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, qiymətləndirmənin yekunlaşdığı Bakı Dövlət Universitetinin ümumi fəaliyyəti 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilib. Ümumilikdə 9 fərqli kateqoriya üzrə fəaliyyəti dəyərləndirilən Bakı Dövlət Universiteti 7 kateqoriya üzrə 5 ulduz (“mükəmməl”) əldə edib.

Qeyd edək ki, “QS Stars” ali təhsil müəssisələrinin müxtəlif istiqamətlərdə fəaliyyətini qiymətləndirən beynəlxalq reytinq sistemidir. Sözügedən sistem universitetlərin güclü və inkişaf etdirilməli sahələrini müəyyən etməyə dəstək olmaqla onların qlobal səviyyədə tanınmasına töhfə verir.

 


 

Xəbər lenti