Logo

Paytaxt müəllimləri üçün onlayn təlim keçirilib

28.04.2021 11:52 500 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin müəllimləri üçün təbiət elmlərinə dair onlayn təlim keçirilib.

 

Bakı və İzmir Təhsil idarələrinin birgə əməkdaşlığı nəticəsində keçirilən təlimin əsas məqsədi təbiət elmləri fənlərinin tədrisində müasir təlim texnologiyalarından istifadə, dərs prosesinin təşkilində yüksək nəticələrin əldə olunması üçün beynəlxalq təcrübənin öyrənilməsi, müəllimlərin bilik və bacarıqlarının daha da inkişaf etdirilməsindən ibarətdir.

 

Təlim Ege Universitetinin dosentləri Hasan Ali Dal və Esin Sipahi tərəfindən həyata keçirilib. Təlim zamanı təbiət elmlərinin tarixi, strukturu, predmetləri, tədqiqat üsulları barədə geniş məlumatlar verilib.

 

Təlimin sonunda ümumi təhsil müəssisələri arasındakı əməkdaşlıq istiqamətlərinə dair səmərəli fikir mübadiləsi aparılıb, müəllimlərin sualları cavablandırılıb.

 

“Ulduzlar və göy üzü” mövzusunda keçirilən təlimdə 300-ə yaxın müəllim iştirak edib.

 

Bakı və İzmir Təhsil idarələrinin birgə əməkdaşlığı çərçivəsində müvafiq digər mövzular üzrə təlimlərin davam etdirilməsi nəzərdə tutulur.

Xəbər lenti