Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Türkiyənin onlayn formatda təşkil etdiyi “a2 Beynəlxalq təhsil sərgisi”ndə iştirak edib.
UNEC-dən bildirilib ki, beynəlxalq sərgidə Avropa, Amerika və digər xarici ölkələrin 41 təhsil və tədris müəssisəsi təmsil olunub.
İqtisad Universitetinin də qatıldığı ilk onlayn sərgidə 5 mindən çox tələbə qeydiyyatdan keçib. UNEC-in stendini ziyarət edən tələbələr universitetlə bağlı ətraflı məlumatlandırılıb.