"Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı yeni qərarlar qəbul edilib".
Tehsil.biz xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bildirib:
"1. Bu tədris ilindən hazırda müəllim vəzifəsində işləyən şəxslər də müsabiqədə iştirak edə bilərlər;
2. Müsabiqənin test imtahanı mərhələsi müxtəlif regionlarda da təşkil ediləcək;
3. Namizədlərin imtahan nəticələri bir tədris ili ərzində qüvvədə qalacaq; (yəni ötən ilin nəticələri bu il qüvvədə qalmayacaq)
4. Namizədlərin imtahan nəticələrinin eyni olması hallarında vakansiya seçimi müxtəlif meyarlar (ixtisas fənni üzrə nəticəsi, təhsil pilləsi və səviyyəsi, təhsil haqqında sənədi (adi, fərqlənmə), pedaqoji stajı, yaşayış yeri)) əsasında aparılacaq" -deyə nazir bildirib.