Quba rayon İspik kənd tam orta məktəbinin direktoru Bəxtiyar Kərimov işdən çıxarılıb.
Bu barədə Quba Rayon Təhsil Şöbəsindən məlumat verilib.
B.Kərimov təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə çalışmanın son yaş həddinə çatması ilə əlaqədar vəzifəsindən azad edilib.
Qeyd edək ki, keçmiş direktor təhsil sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev tərəfindən Fəxri fərmanla təltif edilib.