Bakı Ali Neft Məktəbinin təşəbbüsü ilə 01 may 2021-ci il tarixində saat 12.00-da ZOOM platforması vasitəsi ilə “Xanımlar mühəndislikdə: çağırışlar və imkanlar”adlı onlayn görüş keçiriləcəkdir.
Görüşdə Bakı Ali Neft məktəbinin rəhbərliyi, əməkdaşları və tələbələri, həmçinin digər ali məktəblərdə mühəndislik üzrə təhsil alan tələbə xanımlar iştirak edəcəklər.
Tədbir zamanı mühəndislik sahəsi üzrə xanımların karyera imkanları və üzləşdikləri maneələr, həmçinin onların həlli yolları ilə bağlı çıxışlar olacaq. Tədbirdə BP, Schlumberger və Halliburton şirkətlərinin rəsmi şəxslərinin müvafiq mövzu üzrə çıxışları nəzərdə tutulub.
İştirak etmək istəyən hər kəs aşağıda qeyd edilmiş link vasitəsilə 30.04.2021-ci il saat 23.00-dək qeydiyyatdan keçmiş olmalıdır.
Qeydiyyat linki: https://forms.gle/6E4ottEerbXF5NZZ6