Logo

Ölkə üzrə 530-a yaxın məcburi köçkünün peşə bacarıqları artırılır

13.03.2025 17:21 129 baxış
IMG

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası davam edir. Proqrama əsasən, Peşə Təhsili üzrə Dövlət Agentliyi məcburi köçkünlərin qısamüddətli təlimlərə cəlbi prioritet istiqamət müəyyən edilib”.

TƏHSİL.BİZ xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedov deyib.

O bildirib ki, əsas məqsəd proqramın icrası başa çatanadək 5000 şəxsin qısamüddətli təlimlərə cəlbini təmin etməkdir. Təlimləri uğurla başa vuranlara dövlət nümunəli sənədlərin verilməsi onların məşğulluq imkanlarını artırır.  

“Hazırda ölkə üzrə 530-a yaxın müdavim qısamüddətli kurslarda iştirak edir. Onların arasında müxtəlif bölgələrdən olan məcburi köçkünlər var. Ən çox iştirakçı (73 nəfər) Kəlbəcər rayonundandır. Qısamüddətli kursların maksimal müddəti altı aydır”, – deyə Simnar Mamedov vurğulayıb.


 

Xəbər lenti