Səudiyyə Ərəbistanı hökuməti ölkə ərazisində fəaliyyət göstərən Türkiyə Təhsil Nazirliyinin tabeliyindəki 8 məktəbin bağlanılması ilə bağlı qərar verib.
Paytaxt Ər-Riyad da daxil olmaqla, Məkkə, Mədinə, Tabuk, Taif, Damma, Abha və Ciddədəki təhsil ocaqları bu barədə məlumatlandırılıb.
Bildirilib ki, ilinin sonuna kimi türk məktəblərinin fəaliyyəti dayandırılacaq.