Logo

Təhsil Nazirliyi ləğv edilir

21.03.2025 10:33 205 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp Təhsil Nazirliyinin ləğvi prosesinə başlanması haqqında fərman imzalayıb.

Tehsil.biz xəbər verir ki, bu bardə TASS məlumat yayıb.

“Təhsil Nazirliyinin yaradılmasından ötən 45 il sonra ABŞ təhsilə və bir şagirdə digər ölkələrdən daha çox pul xərcləyir. Uğur baxımından isə biz, siyahının ən sonundayıq”, - Ağ Ev rəhbəri qeyd edib.

Qeyd edilib ki, 1979-cu ildə ABŞ Konqresi tərəfindən yaradılmış Təhsil Departamenti dövlət məktəbləri üçün federal maliyyələşdirməyə nəzarət edir, tələbə kreditlərini idarə edir, aşağıgəlirli kollec tələbələrinə kömək etmək üçün proqramlar həyata keçirir. Həmçinin məktəblərdə irqi və ya cinsi ayrı-seçkiliyin qarşısını almaq üçün qanunları tətbiq edir. Tramp və Respublikaçılar nazirliyi “gənclərə irqi, cinsi və siyasi cəhətdən uyğun olmayan materialları təbliğ etməkdə” ittiham ediblər.

Xəbər lenti