Logo

“Məcməüş-şüəra ədəbi məclisi və XIX əsrin ikinci yarısı -XX əsrin əvvəllərində Bakı ədəbi mühiti” – yeni monoqrafiya

21.03.2025 10:46 32 baxış
IMG

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə institutun baş mühafizi dosent Səbinə Əhmədovanın “Məcməüş-şüəra ədəbi məclisi və XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində Bakı ədəbi mühiti (Əlyazma qaynaqları əsasında)” monoqrafiyası çapdan çıxıb. Kitabda yer alan geniş ön sözün müəllifi də S.Əhmədovadır.

İnstitutdan Tehsil.biz-ə bildirilib ki, monoqrafiyada XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində Bakı ədəbi mühiti və burada fəaliyyət göstərən “Məcməüş-şüəra” ədəbi məclisi üzvlərinin yaradıcılığı əlyazma qaynaqları əsasında tədqiq edilib. Tədqiqat işindən mənbəşünaslıq, ədəbiyyatşünaslıq və mətnşünaslıq ixtisaslı mütəxəssislər və ali məktəb tələbələri faydalana bilərlər.

Nəşrin elmi redaktoru dosent Raqub Kərimov, rəyçiləri akademiklər Gövhər Baxşəliyeva, Muxtar İmanov, professor Aida Qasımova və dosent Esmira Fuaddır.

Xəbər lenti