Logo

Elektron gündəliklərin yaradılması planlaşdırılır

21.03.2025 15:47 45 baxış
IMG

"Rəqəmsallaşma prosesi çərçivəsində sadəcə kağız jurnalların deyil, şagirdlərin şəxsi işləri ilə bağlı digər kağız materialların, müəllimlərin perspektiv, tematik və dərs planlarının, şagirdlərin gündəliklərinin elektron versiyaya keçidi nəzərdə tutulub".

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova TƏHSİL.BİZ -ə müsahibəsində bildirib. O qeyd edib ki, prosesin elektronlaşdırılması ilə müəllimin iş yükü azalacaq, qənaət edilmiş vaxtdan daha səmərəli istifadə ediləcək:

"Hazırda bu istiqamətdə müvafiq qanunvericilik aktları araşdırılır. Kağız jurnalların şagirdlərin summativ qiymətləndirilməsi ilə bağlı olan hissəsinin 5 il və daha artıq müddətdə dövlət sənədi kimi saxlanması mütləqdir. Elektron versiyada da həmin məlumatlar eyni zaman aralığında saxlanılacaq", – deyə o əlavə edib.

Xəbər lenti