Logo

ATU tələbələri Çin Tibb Universitetinin onlayn dərslərinə qoşulublar

29.04.2021 10:20 552 baxış
IMG

Azərbaycan Tibb Universitetinin (ATU) Müalicə-profilaktika, Hərbi tibb və İctimai səhiyyə fakültələrinin 89 tələbəsi 2020-2021-ci tədris ilinin yaz semestrində Çin Tibb Universitetinin təşkil etdiyi onlayn dərslərə qoşulublar.

 

Tələbələr ingilis dilində tədris olunan üç fənn - “Cərrahiyyə”, “Diaqnostika” və “Ənənəvi Çin tibbi-akupunkturası” üzrə dərslərdə iştirak ediblər. Kursun sonunda  müvafiq imtahandan keçdikdən sonra ATU tələbələri rəsmi sertifikatlarla təltif olunublar.

 

Qeyd edək ki, bu dərslərin təşkili ATU-nun üzvü olduğu “Bir kəmər – bir yol” Beynəlxalq Tibb Təhsili Alyansı (BRIMEA) çərçivəsində əməkdaşlıq sayəsində baş tutub.

Xəbər lenti