Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Zirə qəsəbə Mədəniyyət Mərkəzində “Zirədə bahar şəfəqi” adlı festival keçirilib.
İlk olaraq xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz münasibətilə şənlik iştirakçılarına təbriklər çatdırılıb.
Festivalda “İnci”, “Ay” rəqs ansamblları, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, "Zirə" çalğıçı ansamblı və müğənnilər çıxış ediblər.
Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar.
Həmçinin festivalda müxtəlif əl işləri, şirniyyat nümunələri, rəsm sərgiləri təqdim olunub.