Göygöl rayon Kərəmli kənd tam orta məktəbində “İcma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” layihəsi uğurla davam edir.
TƏHSİL.BİZ xəbər verir ki, layihə çərçivəsində uşaqlar: savad təlimi alır, nitq bacarıqlarını inkişaf etdirir, rəsm çəkməyi və musiqini öyrənir, idman və ətraf mühitlə tanışlıq məşğələlərində iştirak edirlər. Bu fəaliyyətlər onların yaradıcılıq qabiliyyətini artırır, ünsiyyət bacarıqlarını gücləndirir və ətraf aləmi daha yaxşı dərk etmələrinə kömək edir.
Xatırladaq ki, layihə Hüseynov Mətləb tərəfindən icra edilir. Layihənin önəmli cəhətlərindən biri də valideynlərin prosesə cəlb olunmasıdır. Onlarla görüşlər təşkil edilir, uşaqların inkişafı ilə bağlı tövsiyələr verilir və məktəb-valideyn əməkdaşlığı gücləndirilir.