Mingəçevir Dövlət Dram Teatrında Novruz bayramı münasibətilə balaca tamaşaçılar üçün hazırlanan yeni səhnə əsəri nümayiş olunub.
Abdulla Şaiqin "Gözəl Bahar" pyesinin motivləri əsasında Əməkdar artist İntiqam Soltanın quruluş verdiyi "Bahar" adlı tamaşa maraqla qarşılanıb.
Novruz personajlarının da rəng qatdığı tamaşa Günəşin, torpağın, suyun, küləyin, şaxtanın dilindən Baharın gözəlliyini, əhəmiyyətini uşaqlara çatdırmaq məqsədilə ərsəyə gətirilib.
Səhnə əsərində rolları Xalq artisti Ella Yaqubova, Əməkdar artist Şıxı Yaqubov, aktyorlar Lalə Abuşova, Aytən İsmayılova, Eyvaz Əliyev, Rəvan Adil, Hüseyn Mustafayev, Afət Əliyeva, Vüsalə Quliyeva və digərləri ifa edirlər.