Logo

Qardaş ölkələrin dəstəyi Şimali Kiprin inkişafı üçün vacibdir

24.03.2025 19:00 50 baxış
IMG

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) hər bir sakini üçün Azərbaycan Türkiyədən heç də az əhəmiyyət daşımır. Biz Prezident İlham Əliyevin Kipr türk xalqına göstərdiyi diqqətə səmimi-qəlbdən minnətdarıq və bunu yüksək qiymətləndiririk.

Bu fikirləri ŞKTC-nin Prezidenti Ersin Tatar Türk Dünyası Novruz Festivalının bağlanış mərasimində bildirib.

Onun sözlərinə görə, ŞKTC rəhbərliyinin Azərbaycanda keçirilən mühüm tədbirlərə dəvət olunması Lefkoşanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində mühüm addımdır.

Ersin Tatar qeyd edib ki, Lefkoşa "Bir millət, üç dövlət" prinsipi çərçivəsində Ankara və Bakı ilə dialoqu gələcəkdə də dərinləşdirəcək.

"Qardaş ölkələrin dəstəyi Şimali Kiprin sabitliyi və inkişafı üçün vacibdir. Ölkəmiz gələcəyə inamla baxır", - deyən Ersin Tatar Türk Kiprinin müstəqilliyini və azadlığını müdafiəyə davam edəcəklərini vurğulayıb.

Prezident bildirib ki, ŞKTC-də Novruz bayramına həsr olunmuş tədbirlər gələcəkdə də geniş şəkildə qeyd ediləcək.

Xəbər lenti