Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti 25-26 mart tarixlərində UNESCO-nun Paris şəhərindəki Baş Qərargahında keçirilən “Sürətlə dəyişən dünyada elm diplomatiyası: kişi və qadınların zehnində sülhün qurulması” mövzusunda Qlobal Nazirlər Dialoqunda iştirak edir.
“Azərbaycan müəllimi” xəbər verir ki, müxtəlif ölkələrin elm və təhsil nazirlərini, elm üzrə nümayəndə və tanınmış beynəlxalq ekspertləri bir araya gətirən tədbirin əsas məqsədi XXI əsrin qlobal çağırışlarının həllində elm diplomatiyasının rolunu müzakirə etmək, innovasiyanı təşviq etmək və davamlı inkişafın təmin edilməsində elm diplomatiyasının potensialından istifadə yollarını araşdırmaqdır.