Martın 27-da Azərbaycanda Elmlər Akademiyasının fəaliyyətə başlamasının 80-ci ildönümü tamam olur. Bu tarix ölkəmizdə “Elm günü” kimi qeyd edilir.
Yubiley münasibətilə Milli Kitabxana “Azərbaycan Milli Elmlər Akademiyası - 80” adlı virtual sərgi və geniş ənənəvi kitab sərgisini təqdim edib.
Kitabxanadan bildirilib ki, sərgilərdə rəsmi sənədlər, Azərbaycan Milli Elmlər Akademiyasının yaranması, tarixi, elmin inkişaf mərhələləri, elm ocağının təsisçiləri, alimləri, əməkdaşların elmi tədqiqatları, ayrı-ayrı institutlarının nəşrləri, elmi əsərləri, Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, Milli Kitabxananın görkəmli elm xadimləri haqqında nəşr etdiyi biblioqrafiyalar, dövri mətbuatda çap olunan yubiley məqalələri nümayiş olunur.
Ənənəvi sərgi bir həftə davam edəcək.