Logo

Azərbaycan Dillər Universitetində “Çunfen” bayramı

27.03.2025 20:03 90 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda hər il Çində qeyd olunan ənənəvi “Çunfen” bayramına (Bahar bərabərliyi festivalı) həsr edilmiş tədbir keçirilib.

“Çunfen” bayramı yazın gəlişini, təbiətin yenilənməsini, həyatın yeni dövrəsinin başlanğıcını simvolizə edir və çinlilərin təbiətə hörmətli münasibətini əks etdirir.

Tədbiri giriş sözü ilə açan ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib ki, Çin mədəniyyətinin simvolu olan Çin kənd təsərrüfatı təqvimində 24 fəsildən dördüncü olan “Çunfen” baharı iki bərabər hissəyə ayırır.

"Çunfen" gəldikdən sonra hava getdikcə günəşli və isti olur və erkən çəltik əkini başlayır. Çinlilər hesab edirlər ki, "Çunfen" mövsümünün gəlişi ilə "In" və "Yan"ın iki əksi tarazlıq vəziyyətinə düşür, Bahar bərabərliyi yaranır. Bahar bərabərliyinin təsvirləri qədim Çin traktatlarında - Çjou sülaləsinin "Ayinlər kitabı", həmçinin Konfutsi tərəfindən tərtib edilmiş "Tarix kitabı" və "Mahnılar kitabı"nda əks olunub.

Tədbirdə çıxış edən ADU-nun çinşünas tələbələri el şənliklərinin açıq səma altında keçirilməsi, təbiət gəzintiləri, çərpələng uçurtma, yaz tərəvəzlərindən yemək, xalq arasında yumurtanın dik vəziyyətdə qoyulması kimi “Çunfen” ənənələrindən danışıblar. 

Xəbər lenti