Logo

Akademik Milli Dram Teatrı Şəkidə çıxış edəcək

28.03.2025 22:27 61 baxış
IMG

Mədəniyyət Nazirliyi tərəfindən teatr müəssisələrinin regionlara təşkil olunan qastrol səfərləri 2025-ci ildə də davam edir.

Qastrol səfərlərinin məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.

Layihə çərçivəsində martın 31-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı heyəti Şəki Dövlət Dram Teatrının səhnəsində “Xurşidbanu Natəvan" (İlyas Əfəndiyev) tamaşasını təqdim edəcək.

Xəbər lenti