Logo

Məktəblər bağlandı

28.03.2025 22:57 62 baxış
IMG

Taylandda baş verən zəlzələ səbəbindən məktəblər bağlanıb.

Tehsil.biz xəbər verir ki, bu barədə ölkənin Baş naziri Phethonqthan Çinavat məlumat verib:

“Bütün dövlət qurumları məlumatlandırılıb və məktəblərə uşaqları erkən evə göndərmək tapşırılıb. Hökumət həmçinin növbəti 24 saat ərzində daha çox yeraltı təkanların baş verə biləcəyi barədə xəbərdarlıq edib”, - o qeyd edib.

Taylandın Fəlakətlərin Qarşısının Alınması Departamenti zəlzələnin ölkənin demək olar ki, bütün bölgələrində hiss edildiyini bildirib.

Xəbər lenti