Logo

"Miras" filmi Qlazqoda nümayiş olunub

30.03.2025 19:23 68 baxış
IMG

Şotlandiyanın Qlazqo şəhərində “Caspian Circle” təşkilatının təşkilatçılığı ilə “Miras” bədii-sənədli filminin nümayişi keçirilib.

Təqdimatdan əvvəl təşkilatın rəhbəri Fuad Ələkbərov tamaşaçılara Bakı Media Mərkəzinin istehsalı olan ”Miras” filmi barədə məlumat verib, həmçinin Şotlandiyada azərbaycanlı diasporunun fəaliyyəti ilə bağlı gələcək planlarını bölüşüb. Tədbirdə həmçinin Qlazqodakı Azərbaycan icmasının üzvü Rəşadət Əliyev Şotlandiyada yaşayan soydaşlarımızın uğurlarından danışıb.

Qeyd olunub ki, filmin məqsədi Nobel qardaşlarının Azərbaycanda gördüyü işlərin həm regionda, həm də dünya miqyasında əhəmiyyətini və tarixi rolunu vurğulamaq, eləcə də Bakıda neft hasilatı tarixinin işıqlandırılması və təbliği işinə töhfə verməkdir.

Filmin təqdimatına Qlazqo, Edinburq, Danfermlayn və Londonda fəaliyyət göstərən Azərbaycan icmasının və universitetlərin təmsilçiləri qatılıb.

Ekran işi maraqla qarşılanıb.

Qeyd edək ki, 2018-ci ildə lentə alınan “Miras” bədii-sənədli filminin prodüseri Orman Əliyev, ssenari müəllifi və quruluşçu rejissoru Zaur Qasımlı, quruluşcu operatoru Vladimir Artemyev, quruluşçu rəssamı isə Şahin Həsənlidir. Filmin hazırlanmasında yerli mütəxəssislərlə yanaşı, Rusiya, Belarus və Gürcüstandan dəvət olunmuş kinematoqrafçılar iştirak ediblər.

Xəbər lenti