Logo

Sabahdan məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılacaq

31.03.2025 13:32 153 baxış
IMG

Sabahdan məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumat yayıb.

Bildirilib ki, aprelin 1-i saat 18:00-dan etibarən uşaqların birinci sinfə qəbulu prosesinə hazırlıq məqsədilə məktəbəhazırlıq qrupları üzrə şagirdlərin yerdəyişməsi prosesi dayandırılır.

Qeyd edək ki, 25 fevraldan 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını, I–VIII və X sinifləri əhatə edir.

Şagirdlərin yerdəyişməsi sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

Xəbər lenti