Logo

Bakı Slavyan Universitetinin şöbə müdirinə cinayət işi açılıb

29.04.2021 15:47 615 baxış
IMG

Bakı Slavyan Universitetinin şöbə müdirinə cinayət işi açılıb.

 

Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın külli miqdarda təhsil haqqını mənimsəməsi Slavyan Universitetinin tələbələrinin narazılığına səbəb olub.

 

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılıb.

 

Şöbə müdiri barəsində dələduzluq, rüşvət verməyə təhrik etmə və rüşvət alma maddələri ilə cinayət işi başlanıb.

Xəbər lenti