Koreya Respublikası 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı elan edir.
Təhsil Nazirliyindən bildirilib ki, təqaüd proqramı bakalavr səviyyəsi üzrə elan edilib. Proqramda iştirak etmək istəyənlər oktyabrın 13-dək müraciət edə bilərlər.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatlarla Təhsil Nazirliyinin saytında yerləşdirilmiş elan vasitəsilə tanış olmaq mümkündür.