Logo

AzTU təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir

29.04.2021 21:18 1222 baxış
IMG

Azərbaycan Texniki Universiteti 2021/2022-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla qiyabi formada təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir:

 

050401- Beynəlxalq ticarət və logistika
050405-İqtisadiyyat
050407-Marketinq
050408-Menecment
050604-Cihaz mühəndisliyi
050606-Ekologiya mühəndisliyi
050607- Elektirk və elektronika mühəndisliyi
050608-Energetika mühəndisliyi
050614-Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
050615-İnformasiya təhlükəsizliyi
050616- İnformasiya texnologiyaları
050618- Kimya mühəndisliyi
050620-Kompüter mühəndisliyi
050621-Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
050612-Maşın mühəndisliyi
050623-Materiallar mühəndisliyi
050624-Mədən mühəndisliyi
050627-Metallurgiya mühəndisliyi
050628-Mexanika mühəndisliyi
050629- Mexatronika və robototexnika mühəndisliyi
050630- Mühəndis fizikası
050632- Nəqliyyat mühəndisliyi
050634-Proseslərin avtomatlaşdırılması mühəndisliyi
050636-Radiotexnika və telekommunikasiya mühəndisliyi
050638- Sənaye mühəndisliyi
050806-Nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə)
Təkrar ali təhsil almaq üçün sənədlərin qəbulu 2021-ci ilin avqust ayının 31-dək onlayn formada həyata keçiriləcək.

 

Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri 

 

 http://tekrar-alitehsil.aztu.edu.az:9594/ linkindən qeydiyyatdan keçib yükləyə bilərlər. 

 

• Universitet rektorunun adına ərizə;

 

• Ali təhsil haqqında diplomun və əlavəsinin surəti;

 

• Şəxsiyyət vəsiqəsinin surəti;

 

• 3x4 sm. ölçüdə 3 ədəd fotoşəkil.

 

1993-cü ildən sonra xarici ali təhsil müəssisələrində təhsil almış məzunlar aldıqları diplomların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamənin surətini təqdim etməlidirlər.

 

Qeyd: Hər hansı bir ixtisas üzrə sənədləri təqdim edən vətəndaşların sayı 7 nəfərdən az olduğu təqdirdə həmin ixtisas üzrə qəbul prosesi aparılmır.

 

Təhsil haqqı ixtisaslara uyğun olaraq müqavilə əsasında ödənilir.
Ünvan: Bakı şəhəri, H. Cavid prospekti 25, Azərbaycan Texniki Universiteti

 

Telefon: (+99412) 538-33-34; (+99412) 538-33-43; (050) 246-07-97
E-mail: [email protected]
Sayt:www.aztu.edu.az

Xəbər lenti