Logo

Lənkəran Dövlət Universitetində insident: tələbə prorektordan nazirə şikayət etdi

29.04.2021 21:49 823 baxış
IMG

Lənkəran Dövlət Universitetinin tələbəsi Mirsəlim Təhməzov Təhsil naziri cənab Emin Əmrullayevə Universitetin prorektoru İdrak Əsgərovun əməllərindən şikayət edib.Bir surəti də cumhuriyyet.az-ın elektron poçtuna daxil olan müraciətdə deyilir:


“Hörmətli cənab nazir, hörmətli mətbuat nümayəndələri!
Nəzərinizə çatdırmaq istəyirəm ki, 28.04.2021 ci il tarixində muzey işinin təşkili və idarə olunması fənnindən müəllimə tərəfindən mənə qarşı olunan haqsızlıq barəsində tədrisin təşkili və təlim texnologiyaları üzrə “prorektor” vəzifəsini icra edən İdrak Əsgərova məlumat versəm də lakin, İdrak Əsgərov müəllim adına uyğun olmayan tərzdə mənimlə danışması bir tələbə kimi mənə psixoloji zərbə oldu!

Xahiş edirəm ki, dövlət tərbiyəsi olmayan “prorektor” vəzifəsini icra edən İdrak Əsgərov və fənn müəlliməsi haqqında qeyd etdiyim məsələ ilə bağlı araşdırma aparıb cəza tədbiri görəsiniz!”

 

Cumhuriyyət.az

Xəbər lenti