Logo

Sınaq qiymətləndirmədə 30 730 şagird iştirak edib

30.04.2021 11:07 520 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən IX siniflər üzrə sınaq qiymətləndirmə keçirilib.

 

Mövcud epidemioloji vəziyyətlə əlaqədar onlayn şəkildə təşkil olunan qiymətləndirmədə 30 730 şagird iştirak edib.

 

Sınaq qiymətləndirmə təlim dili, riyaziyyat və ingilis dili üzrə keçirilib.

 

Ümumilikdə 85 sualın (təlim dili 30, riyaziyyat 25, ingilis dili 30 sual) cavablandırılması üçün şagirdlərə 3 saat vaxt verilib.

 

Qiymətləndirmə bitdikdən sonra şagirdlərin topladığı bal ümumi təhsil müəssisələrinə göndərilib.

 

Qeyd edək ki, sınaq qiymətləndirmənin keçirilməsinin əsas məqsədi şagirdlərin buraxılış imtahanlarına hazırlıq səviyyəsinin müəyyənləşdirilməsindən ibarətdir.

Xəbər lenti