Logo

ADPU-nun Elmi Şurasının növbəti onlayn iclası keçirilib

30.04.2021 11:20 508 baxış
IMG

Aprelin 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının növbəti iclası keçirilib.

 

“Microsoft Teams” platformasında baş tutan şura iclasını ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov giriş nitqi ilə açaraq Şura üzvlərini salamlayıb və şuranın gündəliyini elan edib. Rektor çıxışında ötən iclasdan keçdən dövr ərzində baş verən yeniliklərin xülasəsindən danışaraq bu müddətdə baş verən ən mühüm hadisələri vurğulayıb. Prof. C.Cəfərov aprel ayının 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamının əhəmiyyətindən söz açaraq bu böyük bayram münasibəti ilə universitet heyətini təbrik edib və qeyd edib ki, bu sərəncam tarixi əhəmiyyət daşımaqla təkcə universitetin yubileyinin ali səviyyədə qeyd olunması baxımından deyil, o cümlədən ali təhsil müəssisəsinin fəaliyyətinə prezident səviyyəsində verilən qiymət olub sənəddə ADPU-nun ölkəmizin elmi-pedaqoji həyatında öz üzərinə düşən şərəfli missiyanı uğurla icra etməsi vurğulanır. Bu həm də digər yandan universitet üçün yenilənmə, yeni hədəflərlə ikinci yüzilliyinə çağdaş dövrün tələblərinə uyğun daxil oması üçün ən böyük stimuldur. Rektor göstərilən diqqətə görə Elmi Şura adından ölkə rəhbərliyinə dərin minnətdarlığını ifadə edib. Yaxın zamanlarda yüzilliklə bağlı tədbirlər planının təsdiqlənəcəyini, amma buna qədər uzun müddətdir, universitetin öz geniş daxili tədbirlər planı üzrə yubileylə bağlı xeyli işlər gördüyünü diqqətə çatdırıb.


Daha sonra prof. Cəfərov ayın birinci ongünlüyündə təhsil nazirinin müvafiq əmri ilə professor Mahirə Hüseynovanın universitetə beynəlxalq əlaqələr üzrə prorektor təyin edildiyini və bu təyinatın ADPU-nun 100 illiyində beynəlxalq əlaqələri və əməkdaşlığının daha da inkişaf etdirilməsində olduqca önəmli rol oynayacağını qeyd edərək prof. M.Hüseynovaya fəaliyyətində uğurlar arzulayıb. Rektor həmçinin ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin bu yaxınlarda distant təhsilin təşkili ilə bağlı “mektebgushesi.az” təhsil portalı tərəfindən ölkə kollecləri arasında keçirdiyi onlayn sorğuda çox böyük fərqlə qalib olduğunu, o cümlədən digər tərəfdən aprelin 28-də kollecin direktoru, dosent İsrayıl İsgəndərovun ölkə başçısının müvafiq qərarı ilə Azərbaycan Respublikasının Prezident yanında  QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü tiəyin edildiyini bildirərək kollec heyətini təbrik edib.


Rektor çıxışında həmçinin koronovirus pandemiyasından daha tez xilas olmaq üçün ADPU-da da əməkdaşların könüllü  peyvəndlənmədə aktiv şəkildə iştirak etdiyini vurğulayıb.


Gündəlikdəki məsələlər üzrə çıxışlarda tədris işləri üzrə prorektor, dosent Eldar Aslanovun ADPU-da yaz imtahan sessiyası və yekun dövlət attestasiyasına hazırlıqla bağlı təklifləri dinlənilib və şura tərəfindən qənaətbəxş hesab olunub. 


Keyfiyyətin təminatı şöbəsinin müdiri, dosent Qalib Şərifov şöbə tərəfindən aprel ayı ərzində keçirilmiş “ADPU-da 2020/2021-ci tədris ili üzrə Tələbə Məmuniyyət Sorğusu”nun nəticələri haqqında geniş təqdimat edib. Sorğunun nəticələrinin təhlili əsasında demək mümükündür ki, ADPU-da onlayn təhsilin təşkili sahəsində görülən işlər öz bəhrəsini verir və tələbələrin böyük əksəriyyəti tədrisin təşkilindən və görülən onlayn ttədbirlərdən məmnundurlar.


Şuranın ikinci hissəsində cari məsələlər üzrə müzakirələr aparılıb. Tədris işləri üzrə prorektor, dos. Eldar Aslanov “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi” yubiley medalının əsasnamə layihəsini şuraya təqdim edib və layihə şura üzvləri tərəfindən müzakirə olunub. 


Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov Magistrantların IV Respublika Konfransının materiallarının nəşri, doktorantların dissertasiya mövzuları və universitet alimlərinin manoqrafiyalarının çap olunması ilə bağlı şuraya təqdimat edib və təqdimat qəbul edilib.


Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev universitetin 100 illik yubileyi ilə bağlı görülən tədbirlərin vəziyyəti və nəzərdə tutulanm əlavə tədbirlər haqqında məlumat verib. 


Şura öz işini çıxışçıların qaldırdığı məsələlər ətrafında davam etdirib.

Xəbər lenti