Logo

PISA tədqiqatının pilot mərhələsi davam edir

30.04.2021 11:55 512 baxış
IMG

PISA (Program for International Student Assessment) - Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirmə tədqiqatının pilot mərhələsi davam edir.

 

Tədqiqatın pilot mərhələsinin növbəti həftəsi ərzində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (Organisation for Economic Co-operation and Development) təsadüfi seçimlə müəyyənləşdirdiyi paytaxtdakı 20 məktəb üzrə təxminən 1000-dən çox şagird iştirak edib.

 

Beynəlxalq qiymətləndirmə tədqiqatında şagirdlər onlara ünvanlanan sual və tapşırıqları, həmçinin sorğuları kompüter vasitəsilə cavablandırırlar.

 

BŞTİ-nin tabeliyindəki 32 nömrəli tam orta məktəb və 220 nömrəli məktəb-liseydə təşkil olunan qiymətləndirmənin mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.

 

Bundan əlavə, PISA imtahanında iştirak edən məktəblərin müəllimləri də sorğuya qatılırlar. Sorğunun təşkil olunmasının əsas məqsədi müəllimlərin pedaqoji sahədə fikir və rəylərini öyrənməkdən ibarətdir.

 

PISA-Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramı cari ilin may ayının ortalarına qədər davam edəcək.

 

Qeyd edək ki, PISA qiymətləndirilməsi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən 3 ildən bir keçirilir. PISA şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları problemlərin həlli üçün istifadə etmək bacarığını ölçür.

Xəbər lenti