Logo

Regionlarda vətəndaşların videoqəbulu davam etdirilir

30.04.2021 14:09 58 baxış
IMG

Bakı, Sumqayıt, Gəncə, Quba və Lənkəran şəhər (rayon) təhsil şöbələri tərəfindən vətəndaşların müraciət, şikayət və təklifləri videoqəbul formatında dinlənilib.

 

Videoqəbulun təşkil edilməsində məqsəd vətəndaş xidmətlərinin təkmilləşdirilməsi və əlçatanlığın təmin edilməsidir. Videoqəbulların keçirilməsi həm vətəndaşlara, həm də vəzifəli şəxslərə müraciətlərin operativ həlli istiqamətində səmərəlilik qazandırır.

 

Videoqəbulda iştirak etmək istəyən şəxslər nazirliyin Çağrı Mərkəzinin 146-1 nömrəsinə zəng edərək qəbula yazıla bilərlər.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması səbəbindən Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 1 iyun 2021-ci il tarixinədək fəaliyyətini dayandırıb. 15 fevral tarixindən Təhsil Nazirliyində vətəndaşların qəbulu videoqəbul formatında təşkil edilir. 19 aprel tarixindən isə regionlarda da vətəndaşların videobağlantı vasitəsilə qəbulu həyata keçirilir.

Xəbər lenti