Logo

ATU-nun müəllimi: "Günəş şüası koronavirusun qarşısını almağa da kömək edir”

30.04.2021 16:56 359 baxış
IMG

“Əgər yay aylarında çimərliklər açılsa, insanlar günəş şüası qəbul etmək üçün çimərliyə getsinlər”.

 

Bunu Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov "Stasionar şəraitdə COVID-19" mövzusunda çıxışında deyib.

 

O bildirib ki, insan bədənində vitamin yaranmasına günəş şüalarının xeyri var:

 

“İnsanlar çimərliyə gedəndə günəş şüaları alsınlar. Günəş şüası koronavirus xəstəliyinin qarşısını almağa da kömək edir”.

 

Apa.az

Xəbər lenti