Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı bir mərhələdə keçirilir.
İmtahanda 85 tapşırıq təqdim edilir. İmtahan modelinin strukturu aşağıdakı kimidir:
Fənnin adı | Tapşırıqların tipi və sayı |
Tədris dili | - Dil qaydalarına dair 10 qapalı tapşırıq; - Oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik) və hər mətnə aid 10 tapşırıq; bunlardan 8-i qapalı, 2-si cavabı kodlaşdırıla bilən açıq tipli (seçim) Cəmi: 30 tapşırıq |
Riyaziyyat | - Qapalı tipli 21 tapşırıq; - Cavabı kodlaşdırıla bilən açıq tipli (hesablama) 4 tapşırıq Cəmi: 25 tapşırıq |
Xarici dil | - Dinləyib-anlamaya dair 1 mətn (publisistik və ya dialoq formalı) və mətnə aid 6 tapşırıq; bunlardan 5-i qapalı və 1-i cavabı kodlaşdırıla bilən açıq tipli (seçim); - Dil qaydalarına dair 16 tapşırıq: bunlardan 14-ü qapalı və 2-si cavabı kodlaşdırıla bilən açıq tipli (seçim); - Oxuyub-anlamaya dair 1 mətn və mətnə aid 8 tapşırıq; bunlardan 7-si qapalı və 1-i cavabı kodlaşdırıla bilən açıq tipli (seçim) Cəmi: 30 tapşırıq |
İmtahan modelinə dair nümunələrlə buradan tanış ola bilərsiniz:
Məlumat üçün qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən otk.az portalında yeni imtahan modelinə uyğun sınaq imtahanları keçirilir.