Logo

"Plastik boru qaynaqçısı" ixtisasının baza modulları üzrə qiymətləndirmə həyata keçirilib

30.04.2021 18:31 236 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Plastik boru qaynaqçısı” peşə ixtisasının 4 baza modulu üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi həyata keçirilib.
 

“Ana dilində ünsiyyət”, “Şəxsi inkişaf və karyera planlaşdırılması”, “Peşə etikası” və “Sahibkarlıq” modulları üzrə ərizəçilərin bacarıq və səriştələri mövcud karantin rejiminin tələbləri nəzərə alınaraq onlayn müsahibə əsasında qiymətləndirilib.
 

Təhsildə Keyfiyyət Təminatı Agentliyi nümayəndəsinin sədrlik etdiyi Komissiya tərəfindən qiymətləndirmə aparıldıqdan sonra bütün modullar üzrə imtahandan uğurla keçmiş ərizəçilər yekunda ilk peşə təhsil səviyyəsinə bərabər diplom əldə etmək hüququ qazanacaqlar.

Xəbər lenti