Sumqayıtda orta məktəb müəllimi koronavirusdan vəfat edib.
Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Bildirilib ki, Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Yeganə Cəbrayılova COVİD-19-un qurbanı olub.
39 yaşlı müəllim sözügedən məktəbdə 10 ildən çox çalışıb.