Nazirlər Kabinetinin Qərarına əsasən, Ramazan bayramı günləri də daxil olmaqla, mayın 9-dan 16-dək qeyri-iş günləridir. İş mayın 16-dan başlayacaq.
Eyni zamanda, 28 May - Respublika günü də iş günü hesab edilməyən bayram günüdür. Bu il mayın 28-i cümə gününə təsadüf edir.
5 günlük iş həftəsində çalışanlar üçün şənbə və bazar günləri də daxil olmaqla, may ayında bayramlarla əlaqədar 14 gün iş olmayacaq.