Logo

Beynəlxalq Əmək Günü münasibəti ilə maarifləndirici tədbir keçirilib

01.05.2021 14:17 267 baxış
IMG

“Məktəblinin dostu” layihəsi çərçivəsində 1 May Beynəlxalq Əmək Günü münasibəti ilə maarifləndirici tədbir keçirilib.

 

Tədbir “Məktəblinin dostu” layihəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin birgə təşkilatçılığı ilə baş tutub. Maarifləndirici təlimdə Bakı şəhəri 95  nömrəli tam orta məktəbin müəllim-şagird kollektivi, Dövlət Əmək Müfəttişliyi Xidmətinin sektor müdiri Aynur Osmanqızı və Dövlət Əmək Müfəttişliyi Xidmətinin baş əmək müfəttişi Arif İmamverdiyev iştirak ediblər. Tədbirdə “1May Beynəlxalq Əmək Günü”, “Azərbaycan Respublikasının  əmək qanunvericiliyi sistemi”, “Əmək haqqı nədir?”, “Əmək münasibəti niyə rəsmiləşdirilməlidir, bunun üstünlükləri nədədir?”, “Kimlər əmək müqaviləsi bağlaya bilər və tərəfləri kimlərdir?”, “İş gününün müddəti neçə saat ola bilər?”, “15-18 yaş arası işçilər gün ərzində neçə saat işləyə bilər?”, “Yaşı 18-dən az olan işçinin əməyinin tətbiqi qadağan olunduğu işlər” mövzularında məktəblilərə geniş məlumatlar verilib.

 

Təlimin sonunda şagirdləri maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb.

Xəbər lenti