Logo

Zərdabda daha 2 məktəb distant təhsilə keçir

01.05.2021 15:53 586 baxış
IMG

Zərdab rayonunda daha 2 məktəb distant təhsilə keçir.

 

Tehsil.biz "Report”un Yuxarı Şirvan bürosuna istinadən xəbər verir ki, bu barədə Zərdab rayon Gigiyena və Epidemiologiya Mərkəzi qərar qəbul edib.

 

GEM-dən bildirilib ki, rayonun şəhər 3 saylı məktəbi və Qaravəlli kənd orta məktəbində şagird və müəllimlərdə koronavirus infeksiyası aşkarlanması səbəbindən əyani təhsil dayandırılıb:

 

"Müvəqqəti olaraq təhsil ocaqları distant təhsilə keçir. Bundan başqa, hər iki məktəbdə dezinfeksiya işləri də həyata keçiriləcək".

 

Qeyd edək ki, bir müddət öncə rayonun Məlikmudlu və Çallı kənd orta məktəblərində şagird və müəllimlərdə koronavirus infeksiyası aşkarlanması səbəbindən hər iki məktəb distant təhsilə keçmişdi.

Xəbər lenti