Logo

Qərbi Kaspi Universiteti İKİNCİ (təkrar) ALİ TƏHSİL üzrə qəbul elan edir

02.05.2021 16:35 1244 baxış
IMG

Qərbi Kaspi Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası”na müvafiq olaraq 2021/2022-ci tədris ili üçün aşağıda göstərilən ixtisaslara ikinci (təkrar) ali təhsil üzrə qəbul elan edir:

 

▪️İqtisadiyyat *
▪️Maliyyə *
▪️Mühasibat  *
▪️Menecment
▪️Turizm işinin təşkili *
▪️ Marketinq
▪️Biznesin idarə edilməsi

 

▪️Beynəlxalq ticarət və logistika
▪️İnformasiya texnologiyaları
▪️Kompyuter mühəndisliyi *
▪️Ekologiya

 

▪️Biologiya
▪️Meşəçilik *
▪️Politologiya *
▪️Beynəlxalq münasibətlər
▪️Dövlət və Bələdiyyə idarəetməsi
▪️Psixologiya *
▪️Fəlsəfə
▪️Tarix *

 

▪️Sosial iş
▪️Dizayn
▪️Filologiya
▪️Tərcümə

 

(Qarşısında * işarələri qoyulmuş ixtisaslarda həm də qiyabi təhsil forması mövcuddur)

 

Təkrar ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Qərbi Kaspi Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Təkrar ali təhsil müvafiq ixtisas üzrə bakalavriat (və ona bərabər tutulan) səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəl aldığı baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsil proqramı arasındakı fərq nəzərə alınmaqla xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır.

 

Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

- rektorun adına ərizə;
- ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notariat qaydada təsdiq edilmiş surəti;
- əmək kitabçasının surəti (işlədiyi halda);
- 3 x 4 sm ölçüdə 6 ədəd fotoşəkil;
- şəxsiyyət vəsiqəsinin surəti;
- Oğlanlar üçün hərbi bilet və ya SHXÇDX-də hərbi qeydiyyat haqqında vəsiqənin surəti
- Sağlamlıq haqqında arayış

 

Xarici ölkələrin ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər.

 

II ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müqavilə yolu ilə II ali təhsil almaq üçün müvafiq ixtisaslar üzrə tələbələr sırasına qəbul edilirlər.

 

Təhsil əyani, qiyabi və distant təhsil formalarında həyata keçirilir.

 

Təhsil Azərbaycan və rus dillərində aparılır. Təhsil müddəti əvvəlki baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsil proqramı arasındakı fərq nəzərə alınmaqla müəyyən edilir. Təhsilini müvəffəqiyyətlə başa vuranlara dövlət nümunəli Bakalavr Diplomu veriləcək.

 

Sənədlər 01.06.2021 -ci il tarixdən – 16.08.2021-ci il tarixədək qəbul olunur.

 

Ünvan: Qərbi Kaspi Universiteti, Əhməd Rəcəbli küçəsi, III paralel/21

 

Əlaqə nömrələri: (012) 565-39-76 / daxili - 114

 

Elektron ünvan: [email protected]

Xəbər lenti