Logo

Britaniyada şagird oxuduğu məktəbi məhkəməyə verib

03.05.2021 10:05 542 baxış
IMG

Bitaniyada 12 yaşlı məktəbli qız təhsil aldığı məktəbə qarşı məhkəmə iddiası qaldırıb.

 

Bu barədə “Daily Star” nəşri məlumat yayıb.

 

Şagird təhsil müəssisəsi əməkdaşlarını onu məktəbdə olarkən qoruyucu maska taxmağa məcbur etməkdə ittiham edib. O, qeyd edib ki, müəllimləri maskanın koronavirusdan qoruduğu barədə ciddi dəlillər gətirə bilməyib və öz tələblərilə ona psixoloji zədə yetiriblər.

 

Şeffilddəki məktəbdən isə bildirilib ki, təhsil müəssisəsində maska taxmaq tövsiyyə olunsa da, məcburi deyil.

 

Yaxıın günlərdə məsələ ilə bağlı məhkəmə qərarının açıqlanacağı gözlənilir.

Xəbər lenti