Logo

KaryeraAze platforması tələbələr üçün təcrübə proqramı elan edir

03.05.2021 10:17 67 baxış
IMG

KaryeraAze platforması tələbələr üçün təcrübə proqramı elan edir! 

 

Belə ki, aşağıda qeyd edilən sahələrdə təcrübə proqramına müraciət edərək əmək bazarı istiqamətində yeni biliklər toplaya və öz iş bacarıqlarınızı inkişaf etdirə bilərsiniz. 

 

Sahələr bunlardır:


1. Kontent menecer
2. SMM menecer ( Telegram, İnstagram, Facebook, Linkedin)
3. Dizayner

 

Təcrübə proqramı tələbələr üçün nəzərdə tutulub və 2 ay uzaqdan iş prinsipi ilə davam edəcək.   Təcrübəni uğurla tamamlayanlara sertifikat veriləcək.  Qeyd edilən sahələrdə yeni başlayan və inkişaf etmək istəyən gənclər müraciət edə bilər. 


Təcrübə müddəti ödənişsizdir. 

 

Müraciət etmək istəyən şəxslər CV-lərini başlıq hissədə təcrübə istədikləri sahənın adını yazaraq   [email protected] mailinə göndərə bilərlər.

Xəbər lenti