Logo

“Onlayn dərs” müsabiqəsinin qalibləri açıqlanıb

03.05.2021 12:50 1274 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Onlayn dərs” müsabiqəsinin qalibləri bəlli olub.

 

“Virtual məktəbdə bir gün” layihəsinin davamı kimi təşkil edilən müsabiqədə BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin müəllimləri iştirak edib. Müsabiqəyə ümumilikdə 193 onlayn dərs nümunəsi təqdim olunub, onlardan 12-si qalib olub, 11-si isə fərqlənən dərs kimi qiymətləndirilib.

 

Müsabiqənin nəticələrinə əsasən, 53 nömrəli tam orta məktəbin tarix müəllimi Səbinə Əliyeva, 126 nömrəli tam orta məktəbin tarix müəllimi Şirincan Məmmədli, 30 nömrəli tam orta məktəbin biologiya müəllimi Gülnar Qarayeva, 26 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Musa Rzayeva, 86 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Firuzə Hüseynova, 220 nömrəli məktəb-liseyin fizika müəllimləri Günel Bəşirova və Cəmilə İbrahimova, 82 nömrəli tam orta məktəbin həyat bilgisini tədris edən müəllimi Səbinə Hacıramazanova, 227 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimləri Rəna Quliyeva və Səmər Hacıyeva, 20 nömrəli məktəb-liseyin informatika müəllimi Nəzakət Əhədbəyli, 83 nömrəli məktəb-liseyin musiqi müəllimi Aytən Məmmədova qalib adına layiq görülüb.

 

Bundan başqa, 83 nömrəli məktəb-liseyin Azərbaycan dili müəllimi Mehri Quliyeva, 250 nömrəli tam orta məktəbin həyat bilgisini tədris edən müəllimi Qəsirə Qardaşova, 279 nömrəli tam orta məktəbin informatika müəllimi Gülnarə Cabbarova, 309 nömrəli tam orta məktəbin gənclərin çağırışaqədərki hazırlığı rəhbəri İntiqam Əsgərov, 214 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Əsmər Kərimova, 74 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Nərgiz Süleymanova, 227 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Lətafət Nəsibova, 189-190 nömrəli tam orta məktəbin rus dili müəllimi Rəna Abbasova, 288 nömrəli tam orta məktəbin rus dili müəllimi Maya Mustafayeva, 260 nömrəli məktəbin texnologiya müəllimi Pərvin Yusifova, 82 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Ülviyyə Həbibli keçdikləri onlayn dərslərlə fərqləniblər.

 

BŞTİ-nin əmrinə əsasən təşkil olunan müsabiqənin məqsədi ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin onlayn dərslərdəki nəzəri və təcrübi biliklərini digər müəllimlər arasında yaymaq, qabaqcıl təcrübəni öyrənmək, fənlər üzrə ən yaxşı onlayn dərs modellərini müəyyənləşdirməkdən ibarətdir. İki mərhələdən (məktəbdaxili və şəhər) ibarət müsabiqə ibtidai və yuxarı siniflər kateqoriyası üzrə təşkil olunub.

 

Qeyd edək ki, qalib gələn müəllimlərin onlayn dərs nümunələrinin ictimaiyyətə təqdim olunması nəzərdə tutulur.

 

Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Xəbər lenti