Logo

BDU-nun Tarix fakültəsində növbəti ustad dərsi keçirilib

03.05.2021 15:19 391 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində “Müasir arxeologiya elminin yeni çağırışları (arxeometrik tədqiqatlar)” adlı onlayn ustad dərsi keçirilib.

 

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi fond və ekspozisiya şöbəsinin müdiri Fərhad Quliyev “Müasir arxeologiya elminin yeni çağırışları (arxeometrik tədqiqatlar)” mövzusunda məruzə ilə çıxış edib.

 

Məruzədə arxeologiya sahəsində araşdırmalar zamanı aşkar olunmuş abidələrin təyinatına uyğun (qədim yaşayış yerləri, antik və orta əsr şəhər yerləri, qəbir abidələri və s.) düzgün qazıntı üsullarının seçilməsi, qazılmış abidədən aşkar olunmuş materialların dəqiq fiksasiyası və onların müqayisəli təhlilinin arxeologiya elm sahəsinin əsas metodoloji bazasını təşkil etdiyi bildirilib. Qeyd olunub ki, çöl-tədqiqatları zamanı əsaslı öyrənilmiş arxeoloji abidələrin dəqiq elmi mahiyyətinin hərtərəfli öyrənilməsi məqsədilə, qazıntılar zamanı aşkar olunmuş və məxsusi özəllikləri ilə seçilən maddi-mədəniyyət nümunələrinin növünə görə aparılan arxeoloji tədqiqatlar, yəni arxeometrik araşdırmalar sırasına aid olaraq müasir arxeologiya elminin yeni çağırışlarına cavab verir. Qazıntıların məqsədi abidələrin hərtərəfli tədqiqi, dəqiq qeydiyyatı və elmi dəyərləndirilməsi, abidələrin topoqrafiyası və stratiqrafiyası, mədəni təbəqəsinin, tikililərinin, maddi mədəniyyət nümunələrinin və s. tam səciyyəsini müəyyən edilməsini nəzərdə tutur. Stasionar qazıntı işlərindən əvvəl abidənin özünün və onun yerləşdiyi ərazinin topoqrafik planından, hərtərəfli foto materiallarından və s. ibarət məlumatlar bazası mövcud olmalıdır.

Xəbər lenti