Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Qafqazinfo”nun “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi çərçivəsində oxuculara Vətən müharibəsi iştirakçısı olan müəllim Azər Abbasovun bioqrafiyasını təqdim edirik:
Vətən Müharibəsində şanlı zəfərin qazanılmasında iştirak edən, döyüş meydanındakı qəhrəmanlıqları ilə vətənpərvərlik dərsi keçən və keçmiş şagirdləri ilə çiyin-çiyinə döyüşən Azər Məhəmmədəli oğlu Abbasov 1977-ci il 15 aprel tarixində anadan olub.
1983-cü ildə Kəlbəcər rayonu Molla Bayramlı kənd məktəbində I sinfə gedib. 1993-cü ildə Kəlbəcər rayonu işğal olunduqdan sonra, orta təhsilini Zərdab rayonu Çallı kənd orta məktəbində davam etdirib.
1995-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai hərbi hazırlıq və fiziki tərbiyə fakültəsinə daxil olub. 1997-ci ildə leytinant rütbəsi alıb. 1999-cu ildə ali təhsilini başa vurub, Kəlbəcər rayonu 108 nömrəli orta məktəbdə Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri kimi fəaliyyətə başlayıb.
2002-ci ildə hərbi xidmətə çağırılıb. “N” saylı hərbi hissədə taqım komandiri vəzifəsində qulluq edib. 2003-cü ildə baş leytinant rütbəsi alıb. 2004-cü ildə ehtiyata buraxılıb.
2007-ci ildən paytaxtdakı 312 nömrəli tam orta məktəbdə fiziki tərbiyə müəllimi kimi çalışır.
İki övlad atası olan A.Hümbətov Vətən Müharibəsində Tərtər, Qubadlı və Laçın rayonları istiqamətində gedən döyüşlərdə zabit kimi iştirak edib.
Vətən Müharibəsindəki şücaətinə görə o, “Laçının azad olunmasına görə” medalına layiq görülüb.
Müəllim üçün Vətən sinif otağından başlayır, deyən A.Hümbətov yüksək fiziki hazırlığa malik və vətənpərvər gənclərin yetişdirilməsini də ən yaxşı Vətənə xidmət nümunəsi kimi qiymətləndirir, qazanılan qələbəmizdə onun da payı olduğu üçün hər zaman qürur duyduğunu bildirir.