Logo

Ali və orta ixtisas təhsili müəssisələrinə tələbələrin qeydiyyatı başa çatır

12.10.2020 10:35 498 baxış
IMG

Ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə 2020-2021-ci tədris ilində qəbul olunan tələbələrin təhsil müəssisələrində qeydiyyatı bu gün başa çatır

 

Təhsil Nazirliyindən bildirilib ki, ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə qəbul olunan tələbələrin təhsil müəssisələrində qeydiyyatı üçün nazirliyin https://e-telebe.edu.az elektron portalı fəaliyyət göstərir. Tələbələr təhsil müəssisələrində qeydiyyatdan keçmək üçün oktyabrın 12-dək elektron portalına müraciət etməlidir.

 

Xatırladaq ki, https://e-telebe.edu.az elektron portalı vasitəsilə təhsil müəssisələrində birinci kurs tələbələrinin qeydiyyatı prosesində onların sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olub-olmaması avtomatik qaydada müəyyən edilir. Həmin tələbələrin 2020-2021-ci tədris ilinin payız semestri üçün təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı informasiya sisteminə təkrar müraciət etmələrinə ehtiyac yaranmır.

Xəbər lenti